Caspian Catering Service

Missiyamız

Biz həyatı sevinclə doldurur və hər proyektdə ləzzəti əvvəlcədən bilmək, müştərilərimizi təəccübləndirmək üçün ürəyimizi və ruhumuzu ortaya qoyuruq, çalışırıq ki, yeməklərimizin dadı uzun müddət xatırlansın. Biz yeməkdən səmimi məmnunluq, estetik və emosional heyranlıq bəxş edirik. Bizim missiyamız maksimal rahatlığı təmin etmək və müştərilərimizi yemək təşkil olunması qayğılarından qurtarmaqdır. Hər bir tədbirin uğur qazanmasına zəmanət keytrinq-partnyorluq keyfiyyəti üzrə bizim şirkətimizin seçilməsinin nəticəsidir.

Caspian CateringService-də uğurumuz inam, rahatlıq və müştərilərimizin məmnunluğu ilə ölçülür.

  • Biz bütün işlərimizdə yaradıcılığa yönəlmiş, işdə entuziazmlı və professionalıq.
  • Müştəri və sifarişçilərimizin ehtiyaclarına yönəlir, onların gözləntilərini həyata tətbiq edirik.
  • Biz müştərilərimizin bütün ehtiyaclarını qarşılamaqla məmnunluq yaradırıq.
  • Xidmət və məhsulların müxtəlifliyi sizin xəyallarınızdakıları həyata keçirmək üçündür.

Şirkət haqqında

“Caspian Catering Service" - neft və qaz istismarı ilə məşğul olan və inkişaf edən şirkətlərə professional səviyyədə xidmətlər göstərmək məqsədi ilə yaranmış Azərbaycan şirkətidir. 2008-ci ildən başlayaraq "Caspian Catering Service" şirkəti iaşə və məişət xidmətləri sahəsində fəaliyyət göstərir və bu istiqamətdə keyfiyyətli xidmətə və sağlam qida təchizatina böyuk məsuliyyətlə yanaşir.Biz dövlət və ya ozəl sektorda, dənizdə va quruda çalışan muştərilərimizə xidmət göstərməyimizlə fəxr edirik. Bizim komandamızın üzvləri 15 illik təcrübəyə, qida çatdırılmasında dərin biliyə malikdirlər, ekoloji təhlükəsizliyin əsasını və bütün incəliklərini anlayırlar. Ekologiyanın qayğısına qalmaq işimizdə prioritetli məsələdir, və bu məsələ prinsipial xarakter daşıyır.